Arakçı Hizbullah liderinin məzarını ziyarət etdi

Arakçı Hizbullah liderinin məzarını ziyarət etdi

Livanda səfərdə olan İranın xarici işlər naziri Abbas Arakçı Hizbullah lideri Həsən Nəsrullahın məzarı önünə əklil qoyub.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

“Sionist rejimin məğlubiyyəti qaçılmazdır və Nəsrullahın şəhadəti bu qələbəni təmin edəcək”, – o ziyarəti zamanı deyib.

Xatırladaq ki, Həsən Nəsrullah ötən ilin sentyabrında İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülmüşdü.

Teqlər: