Araiklə Vardanyanın savaşı açıq müstəviyə keçir – Foto

Araiklə Vardanyanın savaşı açıq müstəviyə keçir – Foto

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıların lideri Araik Arutyunyan “toplantı” keçirib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Toplantıda “güc strukturları”, o cümlədən “tş katibi” Vitali Balasanyan iştirak edib, Laçın yolu ilə bağlı vəziyyət müzakirə olunub.

Toplantıda Rusiyadan qaçıb, Qarabağa sığınan və öz sərvətini sanksiyalardan qorumaq, qanunsuz bizneslə Rusiyadan oğurladığı vəsaitləri leqallaşdırmağa çalışan Ruben Vardanyanın iştirak etməməsi diqqət çəkib.

Qeyd edək ki, Ruben Vardanyan separatçıların “dövlət naziridir”, “ikinci” adamdır və guya “güc strukturlarına” cavabdehdir. Bəs, Vardanyan niyə bu toplantıda yoxdur?

Məsələ ondadır ki, Vardanyanla Araik, hətta Balasanyan arasında cddi konflikt olduğu haqda erməni mediası dəfələrlə yazılar verib. İddialara görə, Vardanyan hətta “ya mən, ya da Balasanyan” tələbini də qoyub.

Ümumilikdə isə Rusiyanın bəzi dairələri və xaricdəki erməni diasporunun Vardanyanın Araik Arutyunyanın yerinə gətirilməsi, buradan isə Ermənistana transfer edilərək, Paşinyanı devirməsi və İrəvanı Qərb siyasi kursundan qaytararaq, yenidən Rusiyanın peykinə çevirməsi üçün ssenarilər qurduğu bildirilir.

Teqlər: