Araikin 6 saatlıq “tş görüşü”nün nəticəsi…

Araikin 6 saatlıq “tş görüşü”nün nəticəsi…

Qarabağdakı separatçıbaşı Araik Arutyunyan “təhlükəsizlik şurası”ndakı müzakirəklərin nəticələrini Xankəndidə meydana toplaşmış ermənilərə təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Separatçıbaşı bildirib ki, “iclas”da Azərbaycan bayrağını təhqir etdikləri üçün “Laçın” postunda tutulan 3 erməni, çörək məsələsi, eləcə də özünün mümkün istefası müzakirə olunub.

Arutyunyan hətta orada toplaşanlara söz verib ki, “çörək problemi” bir neçə günə həll olunacaq.

Qeyd edək ki, ötən gecə Arutyunyan son vəziyyətlə bağlı “tş üzvləri” ilə görüş keçirib. Görüş 6 saat davam edib. “İclas” müddətində erməni sakinlər meydana toplaşaraq, hansı qərarən verildiyini öyrənmək istəyiblər.

Teqlər: