Araiki Fransaya göndərib, “prezident” kimi danışdırırlar…

Araiki Fransaya göndərib, “prezident” kimi danışdırırlar…

Fikrimcə, raket məsələsini ortaya atmaq əslində Azərbaycanın başını qatmaq məqsədi daşıyır. Burda bizim başımızı qatırlar, digər tərəfdən isə separatçı tör-töküntülərin başçısı Araik Arutyunyanı Fransaya aparıb onu orada prezident kimi təqdim edirlər, televiziyaya çıxarırlar.

Bu sözləri AzerTimes-a İranın Ermənistan raket sistemləri hədiyyə etməsi haqda danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Polkovnik hazırda Azərbaycana qarşı ciddi fəaliyyət aparıldığını vurğulayıb:

“İran, Rusiya və Fransa prosesləri eyni mərkəzdən idarə edirlər və maksimum dərəcədə Azərbaycana problem yaratmaq üçün çalışırlar. Təəssüflər olsun ki, bəzi hallarda buna nail olurlar. Bir sıra Rusiya ekspertləri də gedən prosesi açıq şəkildə etmirlər, ancaq malalama işini görürlər, başımızın altına yastıq qoyurlar. Onlar danışanda ölkəmizin xeyrinə nəsə desələr də, növbəti cümlələrdə rus şovinizmini hiss etmək mümkündür. Yenə də vurğulamaq istəyirəm ki, Moskva, Tehran və Paris triosu Azərbaycana qarşı aktiv fəaliyyətə başlayıb. Dövlətimiz də bununla bağlı ciddi ölçülər götürməlidir”.

Teqlər: