Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Vardanyan Rusiyada görüşlər keçirmək və özünün taleyini aydınlaşdırmaq istəyir.
Qeyd edək ki, təxminən 10 gün əvvəl qodnarma rejimin “başçısı” Araik Arutyunyanın da Moskvaya getdiyi, 3-4 gün öncə Xankəndinə qayıtdığı haqda məlumatlar var.
Məlumatlara görə, Araik və Ruben arasında qarşıdurma davam edir və onların hər biri Rusiyanın dəstəyini əldə etməyə çalışır. Moskvaya getmələri də bundan qaynaqlanır.
Lakin bu iddialar doğrudursa, Araik və Rubenin Qarabağdan necə çıxdığı suallar yaradır. Çünki Laçın yolunda aksiya davam edir və yoldan, əsasən humanitar yardımların keçidi təmin olunur. Mümkündür ki, Araik və Ruben “humanitar yardım” daşıyan maşınlarda, yaxud sülhməramlıların avtomobillərində çıxa bilərlər.