Araik oyuncaq “nazirləri” istefaya göndərdi

Araik oyuncaq “nazirləri” istefaya göndərdi

Qarabağdakı separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyan “nazirləri” istefaya göndərib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Arutyunyanın imzaladığı “fərman”a görə, “səhiyyə naziri” Mikael Ayriyan, “kənd təsərrüfatı naziri” Norayr Musaelyan, “təhsil, elm, mədəniyyət və idman naziri” Anait Akopyan, “sosial inkişaf və miqrasiya naziri” Armine Petrosyan, “ərazi idarəetməsi və infrastruktur naziri” Ayk Xanumyan, “ədliyyə naziri” Jirayr Mirzoyan, “xarici işlər naziri” David Babayan, “şəhərsalma naziri” Aram Sərkisyan, “maliyyə və iqtisadiyyat naziri” Vaqram Baqdasaryan “vəzifələrindən” azad olunublar.

Teqlər: