Araik “ordu rəhbərləri” ilə görüşdü: hücum hazırlığı gedir

Araik “ordu rəhbərləri” ilə görüşdü: hücum hazırlığı gedir

Araik Arutyunyan 17 avqustda qondarma “milis qüvvələri”, 18 avqustda “ordu rəhbərləri” ilə görüşüb. Əsas müzakirə Azərbaycana qarşı hansı addımları atmaq üzərində aparılır.

BMT Təhlükəsizlik Şurasında istədiklərini ala bilməyəndən sonra separatçıların “Azərbaycan ermənilərə soyqırım edir” iddiasını “əsaslandırmaq” məqsədilə təxribat törədəcəyi, qarşıdurma yaratmaq istəyəcəyi gözləniləndir. Qarabağdakı qanunsuz silahlı qruplaşmaların döyüşə hazırlaşdığına dair yayılan məlumatlardan sonra Araikin qondarma “ordusu” ilə müzakirələr aparması bu kontekstdə diqqət çəkir. Buna paralel olaraq, Ermənistan sərhəddə də gərginliyi artıran gedişlər edir.

Baş verənlər ermənilərin planlarına dair ehtimalları da önə çıxarır:

Birincisi, Qarabağda təxribatlar başladığı vaxt sərhəddə də gərginlik yarana, Azərbaycana qarşı iki cəbhə aça bilərlər;

İkincisi, Qarabağdakı qarşıdurmanı “ermənilərə soyqırım”, sərhəddəkini isə “Ermənistana hücum” olaraq beynəlxalq müstəviyə çıxara, Bakıya qarşı təzyiqin edilməsinə nail olmağa çalışacaqlar: çünki BMT TŞ-də nəticə əldə edə bilməsələr də, Ermənistan və separatçılar məsələni yenidən müzakirəyə çıxara biləcəklərini və istədiklərini alacaqlarını düşünürlər.

Görünən odur ki, silahlar yenidən işə düşəcək. Azərbaycan Ordusu separatçıların təxribat törədə biləcəyi atəş nöqtələri və mövqelərini məhv etməklə onları qabaqlaya da bilər.

Teqlər: