Araik Moskvaya getdi: Nə edəcəyini öyrənmək üçün…

Araik Moskvaya getdi: Nə edəcəyini öyrənmək üçün…

Ermənistan mediası Xankəndidə, rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanın Rusiyaya getməsi ilə bağlı xəbər yayıb.

AzerTimes xəbər verir ki, onun ötən gün axşam İrəvan-Moskva reysi ilə, biznes-klassda uçduğu bildirilib.

Onun hansı məqsədlə və niyə Rusiya paytaxtına yollandığı haqda dəqiq məlumat yoxdur.

Media ehtimal edir ki, 1 noyabrdan erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın separatçıların “ikinci adamı” kimi “fəaliyyətə başlamasından” sonra Arutyunyan “daha nə edəcəyini” müəyyənləşdirməyə çalışır. Buna görə də rusiyalı siyasətçilərlə görüşmək istəyir.

Artıq bu gün Ermənistan parlamentinin sdri Alen Simonyan Arutyunyana necə cavab verildiyini açıqlayıb. O bildirib ki, Qarabağdakılar Ermənistanın hazırda çoxsaylı problemlərlə üzləşdiyini anlayırlar və belə vəziyyətdə onlara dəstək verə bilməyəcəyimizi də başa düşürlər.

Görünür, Arutyunyanı bu cavabla Moskvaya istiqamətləndirən elə İrəvandır.

Qeyd edək ki, Arutyunyanın “baş sepparatçı” funskiyasını Vardanyana ötürərək, məsuliyyətdən yaxa qurtarmaq istədiyi və biznesini də sataraq, aradan çıxmağa hazırlaşdığı bildirilir.

Teqlər: