Araik Əliyevin tələbini icra etməyə çalışır – Şahnazaryan

Araik Əliyevin tələbini icra etməyə çalışır – Şahnazaryan

Qarabağ “hakimiyyəti” (Xankəndidəki qanunsuz silahlı birləşmələr – red.) sakitləşmir. İndi də “konstitusiya dəyişikliyi” prosesinə başlayıb. Onların bəyan etdiyi məqsədlərinə inanmıram. Bu məqsədlərə çatmağın başqa yolları da var. Və bunu çox yaxşı bilirlər. Problem başqa yerdə – Araikin hər kəsi razı salmaq, hamını qane etmək üçün bitmək bilməyən çalışmağındır. Üstəlik, “hamını” deyəndə həqiqətən də hamını nəzərdə tuturam: Əliyev, Paşinyan, Putin, Qarabağ elitası, erməni müxalifəti və s.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Qrant-Məlik Şahnazaryan deyib.

“Və o, bunu bacaracağını düşünür. Əliyev Ruben Vardanyanın Qarabağdan çıxmasını istəyir? Araik deyir, buyurun. Paşinyan Samvel Babayanı Qarabağda vəzifəyə təyin etmək istəyir? Araik cavab verir, olar. Rusların arzuları varmı? Araik yenə də deyir, problem yoxdur. Onlar belə yaşayırlar: bu gün qərar verib, ertəsi gün dəyişdirməklə. Arutyunyanın taktikası belədir. İndi “konstitusiya”ya dəyişiklik edilir. Deyirlər ki, bu, Samvel Babayanın istəyi ilə edilir. Sonuncu Qarabağda “baş nazir” olmaq istəyir. Ya da “prezident” ola bilər. Bu, Araikin Qarabağa son xidməti olacaq. Təbii ki, sabah yenə fikrini dəyişməsə”, – o bildirib.

Qeyd edək ki, Arutyunyan “prezident vəzifəsi”nin boş qalacağı təqdirdə “konstitusiya”ya dəyişiklik etməyə çalışır. Onun təklifinə görə, fors-major və ya hərbi vəziyyət halında “prezident” “istefa” verdikdə, yaxud öldükdə “parlament” yeni “prezident” “seçə” bilər.

Teqlər: