Araik Arutyunyan qısa müddətdə tutularaq Azərbaycana təhvil veriləcək – Baş prokurorluq

Xəbər - Samir Əli – Trend:

Özünü qondarma “Dağlıq Qarabağ” adlı qurumun rəhbəri kimi təqdim
edən Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb
ediləcək.

AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq
idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, Arutyunyan
2020-ci ilin oktyabr ayınnda Gəncə şəhərində dinc əhaliyə qarşı
törədilən 4 terror hücumunda təqsirləndirilir.

“Bu terror Ermənistan ərazisindən törədilmişdi. Hadisə
nəticəsində 26 dinc sakin qətlə yetirilmiş, 175 nəfər isə xəsarət
alıb. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından
bu terrorun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Faktla
bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi
başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.


Arayik Arutyunyanın istintaqa təhvil verilməməsi müvəqqətidir.
Arutyunyan hansısa ərazidə sərbəst gəzə bilər. Hesab edirəm ki,
beynəlxalq konvensiyaya uyğun olaraq qısa müddət ərzində istintaq
və əməliyyat qrupları tərəfindən Arutyunyan saxlanılaraq istintaq
təhvil veriləcək”, – deyə idarə rəisi bildirib.

Teqlər: