“Aquavita” suyunu içmək nə üçün faydalıdır? Mineral su haqqında vacib bilgilər (FOTO)

70%-dən çox hissəsi sudan ibarət olan insan orqanizminin və sağlamlığının qorunmasında ən mühüm yerlərdən birini su tutur.

Su – nəinki hər bir insan üçün, ətrafdakı bütün canlılar üçün zəruri olan bir həyat mənbəyidir. Onsuz yalnız qısa müddət yaşamaq mümkündür, su olmasa həyat da olmayacaq.

Bədənin normal fəaliyyətində su vacib rol oynayır. Belə ki, müntəzəm su içmək ümumi sağlamlığa müsbət təsir göstərir – qidanın həzmini və assimilyasiyasını yaxşılaşdırır, qida maddələrinin və oksigenin hüceyrələrə axmasını normallaşdırır, bədən hərarəti və qan dövranını tənzimləyir, toksinləri bədəndən çıxarır və s.

Gördüyünüz kimi suyun insan orqanizmi üçün rolu böyükdür və hər kəs suyu yetərincə dəyər verməlidir. Ancaq sudan suya da fərq var. Nə qədər içməklə yanaşı, NƏ İÇMƏK lazımdır deyə düşünməliyik? İçməli su təmiz və sağlamlıq üçün təhlükəsiz olmalıdır – suyun keyfiyyəti yüksək olarsa, və ya digər sözlərlə MİNERALLARLA ZƏNGİN olarsa, bədən lazımi maddələrlə kifayət qədər təmin olunar. Düzgün və sağlam sudan istifadə etmək vacibdir.

Suyun müalicəvi xüsusiyyətləri birbaşa kimyəvi tərkibindən və mənbənin yerləşməsindən asılıdır. Mineral sular orqanizmə daha faydalı təsir göstərir. Təəssüf ki, bəzən suyun minerallaşmasını ciddi şəkildə dəyişdirən, mineral tərkibini sıfırlayan məsuliyyətsiz istehsalçılarla da qarşılaşırıq ki, bu nəticədə insan sağlamlığına zərər gətirə bilər.

Minerallaşma dərəcəsindən asılı olaraq mineral sular süfrə (1 q/L-ə qədər), müalicəvi – süfrə (1-dən 10 q/L-ə qədər) və müalicəvi (10 q/L-dən çox və ya yüksək miqdarda bioloji aktiv element tərkibli) sulara bölünürlər.

Süfrə suyu gündəlik, heç bir məhdudiyyət və həkim tövsiyyəsi olmadan içilə bilər. Aşağıdakı materialda məhz bu xüsusiyyətlərə malik, «TAC» şirkətinin məhsulu olan Aquavita suyu haqqında söhbət aparılacaq.

Azərbaycan bazarında içməli su və alkoqolsuz içkilər istehsalında pioner kimi tanınan «TAC» şirkətinin 2021-ci ildə 25 yaşı tamam olur.

Aquavita markasının bu qədər uzun bir müddət ərzində su bazarında satış liderlərindən biri kimi mövqesini qoruyub saxlaması və istehlakçılar tərəfindən sevilən mineral su markası olaraq seçilməsi çox şey barəsində məlumat verir.

Bu, hər şeydən öncə, ən yüksək keyfiyyəti əsas prioritet tutan su markasına sonsuz güvənin göstəricisidir. Və şübhəsiz ki, Aquavita suyunnun vətəninin Qafqaz dağlar olması faktı da istehlakçıların bu suya olan sevgisində mühüm rol oynamışdır. Ənənəvi olaraq, Qafqazın mineral suları bütün dünyada məşhurdur və ən keyfiyyətli hesab edilir.

Təbii su “Aquavita” Bakıdan 200 kilometr məsafədə olan ölkəmizin Xaçmaz rayonu, Susayqışlaq kəndinin təmiz meşə massivində yerləşən artezian quyusundan 420 metr dərinlikdən hasil olunur. Burada o, ətraf mühitdən bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunur. Su qədim dağ süxurları qatlarından keçərək, minerallarla zənginləşir və əlavə faydalı xüsusiyyətlər əldə edir.

Aquavita suyunun tərkibi unikal və təkrarolunmazdır – mineral duzların və mikroelementlərin ideal tarazlığı insan orqanizmini həyati maddələrlə təmin edərək aktiv tonusda qalmasına kömək edir. Bu suyun tərkibində təxminən 50 faydalı element və müxtəlif birləşmələr var. Uzun müddət Aquavita içməklə özünüzdə dəyişiklikləri hiss edə bilərsiniz, və, əlbəttə ki, bunlar daha yaxşılığa doğru olacaq!

Aquavita suyunun mineral tərkibinə nəzər salsaz bundan asanlıqla əmin ola bilərsiniz (mq/L ilə): kalsium – 46, maqnezium – 28, natrium – 59, kalium – 3, hidrokarbonatlar – 281, sulfatlar – 104. Ümumi minerallaşma ≥ 0,5 g/L, ümumi codluq – 4.6 mq.ekv/L. PH göstəricisi – 7,9 təşkil edir. Bu mirellaşmada olan suyu, təhlükəsiz və rahat, mineralların normadan artıq və az olmasından qorxmadan, 1 kq bədən çəkisi üçün 30 mq hesabı ilə qəbul etmək olar.

Aquavita suyunun nəinki Azərbaycan bazarında mövcud mineral su markaları arasında, ümumilikdə su sektorunda fərqləndirən əsas üstünlüyü odur ki, onun istehsal prosesində prinsipial olaraq “əks osmos” qurğularından istifadə edilmir, suyun orijinal mineral tərkibi qorunub saxlanılır. Şirkətin əsas prioriteti istehlakçıları yüksək keyfiyyətli təbii “CANLI SU” ilə təmin etməkdir.

Bu proses mərhələlərlə həyata keçirilir və ilk növbədə təbii mineral tərkibinin qorunmasını təmin edən xüsusi avtosisternlərdə suyun təbii mənbədən zavoda çatdırılmasıdır. Qablaşdırılmadan öncə suyun tərkibi dəyişdirilmədən 3-pilləli filtrlərdən keçərək mexaniki qarışıqlardan təmizlənir və ultrabənövşəyi şüalarla zərərsizləşdirilir. Unutmayın ki, ekoloji cəhətdən təmiz mineral su içmək hər birimizin sağlamlığının təməlidir!

Üzun illər ərzində həyata keçirdiyi səmərəli fəaliyyətində «TAC» şirkəti daim zamanla ayaqlaşaraq texnoloji prosesin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Və bu da təbii ki, istehsal olunan məhsulların keyfiyyətinə öz təsirini göstərir. Şirkətin peşəkar qürur mənbəyi – Almaniyanın dünyaca məşhur “KRONES” şirkətinin istehsalı olan qablaşdırma avadanlığıdır. Bu avadanlıq ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstehsal prosesi insan amilinin su ilə hər hansı təmasını istisna edir. İstehsalatın bütün mərhələlərində – artezin quyusu, sistern, rezervuar, dolum xətti və ya son hazır məhsul – suyun kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti zavodun ərazisində yerləşən «TAC» şirkətinin şəxsi laboratoriyalarının işçiləri tərəfindən həyata keçirilir.

Suyun insan orqanizmində həyati bir element olduğunu heç vaxt unutmayın. Sağlamlığınız içdiyiniz suyun miqdarından olduğu kimi, keyfiyyətindən də asılıdır. Buna görə də, özünüzü su qəbulundan məhdudlaşdırmayın, Aquavita için!

Teqlər: