7 oktyabr 2021-ci il tarixində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ilə Almaniya Federal Risk Qiymətləndirilməsi İnstitutunun (BfR) nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş əməkdaşlıq əlaqələrinin qurulması üçün ümumi tanışlıq, qurumların fəaliyyəti və məqsədləri barədə qarşılıqlı məlumat mübadiləsi məqsədilə keçirilib.
Görüş zamanı tərəflər arasında ortaq əməkdaşlıq istiqamətləri üzrə təkliflərin qarşı tərəfə göndərilməsi, əməkdaşlıq istiqamətləri üzrə hər iki qurumdan yekun rəy və təkliflər alındıqdan sonra əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olunub.