AQTİ türkiyəli mütəxəssislərlə qarşılıqlı təcrübə mübadiləsini müzakirə edib

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşlarının görüşü keçirilib.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, görüşdə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planına əsasən, AQTİ və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin laboratoriyalarının nümayəndələri arasında həyata keçiriləcək qarşılıqlı təcrübə mübadiləsilə bağlı danışıqlar aparılıb.

Ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.


Twitter:@cingizsafarli

Teqlər: