AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir.

Layihələndirmə xidməti sahibkarlıq subyektinin yaradılmasından əvvəl texniki sənədlərin işlənib hazırlanması, bina və qurğuların tikintisi, həmçinin istehsal prosesinin texnoloji təşkilini əhatə edir. Xidmət çərçivəsində beynəlxalq standartlara uyğun olaraq müəssisənin layihələndirilməsi, istehsal istiqamətindən asılı olaraq texnoloji axının qurulması, çirkli və təmiz zonaların qurulması və zonalararası sanitar keçidlərin təyini, tullantıların idarə olunması sisteminin tətbiqi həyata keçirilir. Eyni zamanda xidmətdən istifadə edən sahibkarlıq subyektləri üçün havalandırma sistemi, su təchizatı, kanalizasiya və elektrik xətləri layihələndirilir.

Peşəkar mütəxəssislər tərərfindən təklif olunan emal müəssisəsi, anbar, ictimai iaşə müəssisəsi və digər obyektlərin layihələndirilməsi zamanı bütün proseslərdə qida təhlükəsizliyinin qorunması, həmçinin layihənin beynəlxalq qida təhlükəsizliyi norma və aktlarına uyğunluğu təmin olunur. Qida emalı müəssisələrinin beynəlxalq və yerli qida təhlükəsizliyi qanunvericiliyi normaları üzrə layihələndirilməsi qida emalı üzrə əməliyyatların texnoloji ardıcıllığa uyğun qurulmasına imkan yaradır.


Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidmətindən istifadə etmək üçün İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

Teqlər: