Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi məqsədilə müvafiq ixtisasa yiyələnmiş və müvafiq sahə üzrə 5 il iş təcrübəsi olan mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi agentliyindən məlumat verilib. Məlumata görə, əməkdaşlıq çərçivəsində uyğun namizədlərlə AQTİ arasında müvafiq müqavilə imzalanacaq və namizədin Türkiyə Respublikasında təlim, o cümlədən digər xərcləri İnstitut tərəfindən qarşılanacaq.
Bitki sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər:
Entomoloq
Fitohelmentoloq
Herboloq
Mikoloq
Molekulyar Bioloq
Virusoloq
Mikrobioloq
Aqrokimyəvi preparatların ekspertizası üzrə mütəxəssis
Aqronom
Heyvan sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər:
Mikrobioloq
Molekulyar Bioloq
Virusoloq
İxtioloq
Parazitoloq
Baytarlıq preparatlarının ekspertizası üzrə mütəxəssis
Qida təhlükəsizliyi üzrə ehtiyac olan mütəxəssislər:
Qida mühəndisi
Standartlar və sertifikasiya üzrə mütəxəssis
Risk təhlili üzrə mütəxəssis
Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il sentyabrın 29-dan noyabrın 1-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına “Əməkdaşlıq” başlığı ilə göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Əlaqə nömrəsi: (012) 565-12-82 (530, 532).
Twitter: @cingizsafarli