Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) və Rusiya
Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal
Xidməti (“Rosselxoznadzor”) arasında qida təhlükəsizliyi sahəsində
əməkdaşlığa dair görüş keçirilib.
Agentlikdən AzerTimes-a verilən xəbərə görə, görüşdə Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiya çərçivəsində qurumlar arasında
əməkdaşlığın davam etdirilməsi istiqamətləri müzakirə olunub.
Görüş nəticəsində hər iki qurum imzalanmış ikitərəfli sənədlər
üzrə əməkdaşlığı davam etdirmək, hazırlanmaqda olan sənəd
layihələrinin razılaşdırılması üzrə işləri sürətləndirmək, heyvan
xəstəliklərindən azad zonaların yaradılması, onların diaqnostikası
və baytarlıq nəzarətinin təşkili, sərhədyanı ərazilərdə immun
zonanın yaradılması üçün epizootik tədbirlər sahəsində
məsləhətləşmələr və təcrübə mübadiləsi aparmaq, baytarlıqda
istifadə üçün dərman vasitələrinin hazırlanması, Azərbaycanın Qida
Təhlükəsizliyi İnstitutu ilə Ümumrusiya Bitki Karantini Mərkəzi
(VNİİKR), Heyvan və Bitkilərin Fundamental və Tətbiqi
Parazitologiyası Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (VNIIP)
arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.