AQTA sədri Qoşqar Təhməzli İmişlidə vətəndaşları qəbul edəcək

Martın 2-də saat 11:00-da İmişli Rayonu Heydər Əliyev Mərkəzində
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından
olan vətəndaşları qəbul edəcək.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən
AzerTimes-a verilən məlumata görə, vətəndaşların Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət dairəsinə
aid məsələlərə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və
fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida
təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin
qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq
sertifikatlarının verilməsi və s.) dair müraciətləri
cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə
əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin
məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
[email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və
ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 1-dək qəbula
yazıla bilərlər.


Vətəndaşlar pandemiya dövrünün tələblərinə uyğun, qəbula
əvvəlcədən qeydiyyatdan keçdikləri siyahı və şəxsiyyətlərini təsdiq
edən sənədlər əsasında buraxılacaq

Teqlər: