AQTA-nın “WhatsApp” xidməti də fəaliyyət göstərəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən
nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha
səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə “1003 – Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti
də fəaliyyət göstərəcək.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, Agentlik
əməkdaşlarının, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun fəaliyyəti, göstərilən xidmətlərlə bağlı vətəndaşlar
öz şikayət və təkliflərini, qanunazidd hallarla bağlı
müraciətlərini Agentliyin (010) 200 10 03 nömrəsinə “WhatsApp”
vasitəsilə də ünvanlaya bilərlər.

Daxil olan məlumatlar (yazılı, görüntülü və ya səsli) təhlil
edilərək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun
qanunvericilik çərçivəsində icrası təmin ediləcəkdir.

Teqlər: