AQTA “Nəlbəki” restoranında pozuntu aşkarlayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Monitorinqlər zamanı 1 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, dünən ölkə üzrə 409 ictimai iaşə obyektində 705 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisəsi aşağıdakıdır:


Bakı şəhəri, Yasamal ‎rayonu, N. Nərimanov pr., ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus “Nəlbəki” restoranı.

Twitter: @cingizsafarli

Teqlər: