AQTA ictimai iaşə müəssisələrində 592 nöqsan aşkarlayıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fevral ayında keçirdiyi monitorinqlər nəticəsində ictimai iaşə müəssisələrində 592 nöqsan aşkar edib.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, cari ilin 01 – 18 fevral tarixlərində tərəfindən 12476 monitorinq həyata keçirilib.

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi (491 hal və ya 83 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması ( 71 hal və 12%) olub.


Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 11499 ictimai iaşə müəssisəsində 45254 monitorinq həyata keçirilmiş və 2699 nöqsan aşkar edilib.

Teqlər: