AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!

AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) oktyabrın 1-dən Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzerTimes-a verilən məlumata görə, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir.

Bildirilib ki, bununla əlaqədar Argentinanın səlahiyyətli dövlət qurumu olan Milli Qida Təhlükəsizliyi və Keyfiyyəti Xidmətinə həmin ölkədə fəaliyyət göstərən qida obyektləri AQTA tərəfindən təsdiq edilmədiyi halda 2023-cü il oktyabrın 1-dən heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

Agentlik bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

Teqlər: