AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı

Xəbər - Çingiz Səfərli – Trend:

Daha 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, ötən gün ölkə üzrə 399 ictimai iaşə obyektində 686 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Sumqayıt şəhəri, 5-ci mkr-da yerləşən, fiziki şəxs Bayramova Xatirə Cümşüd qızına məxsus “Saraclı” kafesi;

2. Goranboy rayonu, Nərimanlı kəndində yerləşən, fiziki şəxs Yusifov Elnur Vasif oğluna məxsus kafe.

Twitter: @cingizsafarli

Teqlər: