Xəbər - Çingiz Səfərli – Trend:
Ötən gün 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, dünən ölkə üzrə 413 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs., Malik Mustafayev küçəsində yerləşən, fiziki şəxs Ələkbərov Rüfət Tahir oğluna məxsus “Halal Süfrə” restoranı;
2. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Gənclik küçəsində yerləşən, fiziki şəxs Cabbarov Rasim Nurbala oğluna məxsus “Bağçalı” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, S. Vurğun küçəsi, ev 120 ünvanında yerləşən, fiziki şəxs Mürsəlov Asif Arif oğluna məxsus “Dolma” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küç., ev 14E ünvanında yerləşən, fiziki şəxs Xosrovzadə Samirə Səməd qızına məxsus “Ampir” restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küç., ev 1, döngə 1 ünvanında yerləşən, fiziki şəxs Xanəliyev Əsəd Zakir oğluna məxsus “Villa Private” restoranı;
6. Gəncə şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynova Ülviyyə Nazim qızına məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3, m.14 ünvanında yerləşən, fiziki şəxs Ağaverdiyev Elman Əlixan oğluna məxsus “Porto” otel.
Twitter: @cingizsafarli