Xəbər - Çingiz Səfərli – Trend:
Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 3-də ölkə üzrə 397 ictimai iaşə obyektində 693 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Məmmədov 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Telman Tofiq oğluna məxsus “Faxralı” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani 24 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etiraz Atıf oğluna məxsus “Öz kardeşlər” restoranı;
3. Bakı şəhəri, Nizami rayonu, Şərifli 5A ünvanında yerləşən, fiziki şəxs Niftullayev Şəmsəddin Məmmədəli oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, İzmir 5 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Zəfər Afiq oğluna məxsus “Piccolino” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən, fiziki şəxs Bağırov Arif Nofəl oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Xətai rayonu, Məmmədov 41 ünvanında yerləşən, fiziki şəxs Kərimov İbrahim İlham oğluna məxsus “Old Baku” çay evi;
7. Bakı şəhəri, Suraxanı rayonu, Bayramov küçəsində yerləşən, fiziki şəxs Əliyev Emil Akif oğluna məxsus kafe.
Twitter: @cingizsafarli