AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 25-də ölkə üzrə 407 ictimai iaşə obyektində 727 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, T. Abbasov 120 ünvanında yerləşən, fiziki şəxs Şıxəliyev Rəsul Şahlar oğluna məxsus “Seven Pub” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe;


3. Bakı şəhəri Səbail rayonu, Ə.Nəzərov 1 A ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vətən Mübariz oğluna məxsus kafe;

4. Bakı şəhəri Nərimanov rayonu, M.K. Atatürk 31 ünvanında yerləşən, hüquqi şəxs “The Mood” MMC-yə məxsus “The Mood” restoranı;

5. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Sadıqov İbrahim İlqar oğluna məxsus “Xan bağı” kafesi.

Twitter:@cingizsafarli

Teqlər: