Xəbər - Çingiz Səfərli – Trend:
Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 4-də ölkə üzrə 390 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Qaryağdıoğlu 67 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus “Ice Pub” kafesi;
2. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr.22 ünvanında yerləşən, hüquqi şəxs “Beat Restaurants” MMC-yə məxsus “Sumakh” restoranı;
3. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 63 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Ramin Bilal oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 69 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Emil Zaur oğluna məxsus restoran.
Twitter: @cingizsafarli