Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan AzerTimes-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Tağıyev küç., ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Mustafazadə Eşqin Hafiz oğluna məxsus “Yoshı Sushı” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, İ. Cümşüdov küç., 6 mkr, ev 3248 ünvanında yerləşən, fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, hüquqi şəxs “Resant Group” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs “Groupone” MMC-yə məxsus “Paul” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs “Fryday” MMC-yə məxsus “Fryday” kafesi;
6. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr. 2529 ünvanında yerləşən, fiziki şəxs Salahov Aqşin Ağamirzə oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Twitter:@cingizsafarli