Aqrobağların salınması üçün müraciət edən 6 icarədarla müqavilə ləğv edilib

Xəbər - İlhamə İsabalayeva-Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aqrobağların salınması üçün müraciət edən 6 icarədarla müqavilə ləğv edilib.

AzerTimes-ın məlumatına görə, bunu ETSN yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı” proqramında deyib.

O bildirib ki, meşə qanunvericiliyinin pozulması hallarına, bağlanmış müqavilənin tələblərinə əməl etməməsinə görə 6 müqavilə, yəni 580 hektar ərazidə istifadəçilərlə bağlanmış icarə müqaviləsi ləğv edilib. Həmin ərazlərin 300 hektarında meşə qırıntılarına yol verilib: “Bu hala görə təkcə müqavilə ləğv edilməyib, həmin ərazi üzrə fəaliyyət göstərən regional idarənin məsul şəxsləri də cəzalandırılıb. İdarənin direktoru, meşəbəyi, 2 gözətçi işdən azad edilib”.

N.Xıdırov qeyd edib ki, qalan ərazilərdə icarədarlar bağlanmış müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməyiblər. Bu səbəbdən də onlarla müqavilənin icrası dayandırılıb.

Teqlər: