Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqlayıb

Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qərara əsasən, baza məbləği 200 manat olmaqla 2022-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:

Bitki növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Çəltik

1.8

360

Soya:

əsas əkinlər

1.4

280

təkrar əkinlər

0,43

86

Qarğıdalı:

əsas əkinlər

1.05

210

təkrar əkinlər

0,43

86

Darı:

əsas əkinlər

1.05

210

təkrar əkinlər

0,43

86

Sorqo:

əsas əkinlər

0.7

140

təkrar əkinlər

0,43

86

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.)

1.05

210

Qarabaşaq

1,1

220

Yer fındığı

1,1

220

Zəfəran

2,2

440

Günəbaxan:

əsas əkinlər

1,2

240

təkrar əkinlər

0,43

86

Kartof:

əsas əkinlər

1,4

280

təkrar əkinlər

0,43

86

Tərəvəz

1,3

260

Bostan bitkiləri

1,2

240

Yonca

0,35

70

Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla)

0,65

130

Üzüm:

bağın salındığı ildən ilk 4 il ərzində

3,2

640

4 ildən sonrakı illər üzrə

1,25

250

Üzüm bağının salınması üçün (bir dəfəyə məxsus)

40

8000

Çay:

plantasiyanın salındığı ildən ilk 7 il ərzində

3,7

740

7-ci ildən sonrakı illər üzrə

1,25

250

İntensiv meyvə bağları:

bağın salındığı ildən ilk 4 il ərzində

3,65

730

4 ildən sonrakı illər üzrə

1,25

250

İntensiv fındıq bağlarının salınması üçün (bir dəfəyə məxsus)

22

4400

İntensiv nar bağlarının salınması üçün (bir dəfəyə məxsus)

25

5000

İntensiv zeytun bağlarının salınması üçün (bir dəfəyə məxsus)

24,5

4900

İntensiv limon bağının salınması üçün (bir dəfəyə məxsus)

55

11000

İntensiv naringi və portağal bağlarının salınması üçün (bir dəfəyə məxsus)

45

9000

Digər meyvə bağları

1,25

250

Şabalıd bağlarının salınması üçün (birdəfəyə məxsus)

2,5

500

Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları üzrə bağın salındığı ildən ilk 4 il ərzində

3,2

640

Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün (bir dəfəyə məxsus)

45

9000

Digər giləmeyvəlilər

1,15

230

Aqrar Subsidiya Şurasının qərarına əsasən,

  • Subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək.
  • İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
  • alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
  • limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
  • fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
  • badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
  • əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
  • Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Ənənəvi bağ kimi təsnifləndiriləcək belə bağların hər hektarına görə fermerə 250 manat əkin subsidiyası ödəniləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq aşağıdakı bağlara bir dəfəyə məxsus əkin subsidiyası ödəniləcək:

  • 2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
  • Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5000 və 4900 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
  • 2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Habelə, 2021-ci ildən başlayaraq salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

Aqrar Subsidiya Şurasının qərarına görə,

  • Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
  • Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
  • Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
  • Limon, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən,

  • Pambıq, çəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat), Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.
  • Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
  • Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Aqrar Subsidiya Şurası,

  • 2022-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.

Fermerlər qərarın mətni ilə Aqrar Kredit Və İnkişaf Agentliyinin rəsmi saytında (http://akia.gov.az/assets/upload/files/2022-ekin-mehsul.pdf) tanış ola bilərlər.

Teqlər: