3-5 mart tarixlərində Türkiyənin Antalya şəhərində regionun ən
böyük sığorta tədbirlərindən biri – Beynəlxalq Sığorta Sərgisi və
Konqresi keçirilib.
Fonddan AzerTimes-a
verilən məlumata görə, Türkiyə Sığorta Birliyinin (TSB)
təşkilatçılığı ilə baş tutan tədbirə Türkiyə və region ölkələrinin
sığorta qurumları, iri sığorta və təkrarsığorta şirkətlərinin
nümayəndələri, sığorta bazarının çoxsaylı iştirakçıları
qatılıb.
Sərgi-konqresdə iqlim dəyişiklikləri və fəlakət riskləri,
maliyyə sığortası və rəqəmsal sığorta kimi mövzular müzakirə
edilib.
Türkiyədə keçirilən Beynəlxalq Sığorta Sərgisi və Konqresdə
Azərbaycanın Aqrar Sığorta Fondu (ASF) da təmsil olunub. Fondun
idarə heyətinin sədri Fuad Sadıqov «Dünyada kənd təsərrüfati
siğorta tətbiqləri» mövzusunda paneldə iştirak edib. Onun rəhbərlik
etdiyi nümayəndə heyəti tədbir çərçivəsində Türkiyənin sığorta
təşkilatları, o cümlədən TARSİM rəhbərliyi ilə görüşlər
keçirib.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən fəaliyyətə başlayan
Aqrar Sığorta Fondu əkin sahələrini, heyvandarlıq və balıqçılıq
təsərrüfatlarını çoxsaylı risklərdən, o cümlədən təbii
fəlakətlərdən sığortalayır.