Ağcabədidə 115 artezan quyusu var, amma heç biri işləmir. Cəmi 11 artezan quyusunun təmirinə maliyyə ayrılıb. Camaat mənə telefon açır, kəndə gedəndə deyirlər ki, problemi həll et. Mən də and içirəm ki, artezan quyusu qazdırmaq üçün maliyyəm yoxdur. Əhməd Əhmədzadənin zamanında belə problemlər olmurdu.
AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.
Deputat əlavə edib ki, belə problemlərin olması son nəticədə insanların Bakıya üz tutmasına səbəb olur:
“Anlayıram, su qıtlığı var. Ancaq bu məsələni həll etmək lazımdır. Əvvəllər yaponlar bir neçə quyu qazmışdı. İndi də mən Yaponiya səfirinə müraciət edim, çünki yeni kadrlar inamı doğrultmur”.
Deputat əlavə edib ki, Şəmkirdə də camaatın əkini yanır.
Spiker Sahibə Qafarova da deyib ki, belə problemlər mövcuddur.