Xəbər - Fərid Zöhrabov – Trend:
Ölkəmizdə fəaliyyət göstərən çox sayda aptekdə civəli termometr tapmaq mümkün deyil.
Bu barədə Trend-in sorğusuna cavab olaraq bir neçə aptekdən bildiriblər ki, termometrlər ümumiyyətlə gəlmir, gələndə də məhdud sayda gəlir. Əczaçılar deyir ki, bunun səbəbini özləri də bilmirlər.
Məsələ ilə bağlı AzerTimes-a Səhiyyə Nazirliyindən bildirdilər ki, apteklərin çoxu özəl müəssisələrdir. Belə ki, apteklərin təminatına Səhiyyə Nazirliyi baxmır.