Aptekdən dərman aldılar, əvəzinə saxta pul verdilər – Video

Aptekdən dərman aldılar, əvəzinə saxta pul verdilər – Video

Bakıda aptekdə satıcıya qarşı dələduzluq olunub.

AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı apteklərdən birində baş verib.

Belə ki, müştəri qismində aptekə daxil olan kişi və qadın dərman aldıqdan sonra kassaya saxta 100 manatlıq əsginas təqdim ediblər.

Daha sonra pulun qalığını götürərək hadisə yerindən uzaqlaşıblar.

Görüntüləri təqdim edirik:

Teqlər: