Xəbər - Orxan Nəbiyev – Trend:
2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatyında deyilir.
Qeyd olunur ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək:
“Beləliklə, hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”.