Apreldən başlayaraq Kürdə suyun artacağı gözlənilir

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar
çaylarda sululuq artıb. Bu da Kür çayında suyun səviyyəsinin
yüksəlməsinə səbəb olub.

Bunu Trend-in sorğusuna cavab olaraq Milli
Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif
Verdiyev bildirib.

“Aprel ayından başlayaraq havanın temperaturunun artması və
qarın əriməsi, yağan yağışlarla əlaqədar çaylarda sululuğun
artacağı gözlənilir”, – o deyib.

A.Verdiyevin sözlərinə görə, hazırda qar ölçmə işləri, aprel,
may, iyun ayında gözlənilən hava şəraitinin təhlilləri yekunlaşmaq
üzrədir:

“Aprelin əvvəlində çaylarda gursululuq proqnozu hazır olacaq”,-
mərkəz direktoru deyib.

Teqlər: