Apreldə hava necə olacaq? – Aylıq proqnoz

Aprel ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
verilən məlumata görə, aprel ayında havanın orta aylıq
temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər
yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
ehtimalı var.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava
şəraitinin sabit, mülayim keçəcəyi, temperaturların tədricən
yüksələcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
8-13° isti, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın
olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq
temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
8-13° isti, bəzi günlərdə 3°-dək şaxta, gündüzlər 15-20° isti, bəzi
günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı
iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-59 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq
temperaturunun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim
norması daxilindədir. Gecələr havanın temperaturu 5-10° isti, bəzi
günlərdə 0-3° şaxta, gündüzlər 10-15° isti, bəzi günlərdə 18-23°
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına
yaxın olacağı gözlənilir (norma 54-83 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 14-19° isti, bəzi
günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı
iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-54 mm). Bəzi
günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr
havanın temperaturu 6-11° isti, bəzi günlərdə 5°-dək şaxta,
gündüzlər 11-16° isti, bəzi günlərdə 20-25° isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı
gözlənilir (norma 29-126 mm). Bəzi günlərdə yağıntıların
intensivləşəcəyi ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq
temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
gecə 7-12° isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 25-30° isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın
olacağı gözlənilir (norma 30-49 mm). Bəzi günlərdə yağıntıların
intensivləşəcəyi ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın
orta aylıq temperaturunun 10-14° isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 7-12° isti, gündüzlər 13-18° isti,
bəzi günlərdə 22-27° isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).
Bəzi günlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Teqlər: