Apreldə Azərbaycanda gündəlik 579 min barrel xam neft hasil olunub

Apreldə respublikada gündəlik 579,1 min barrel xam neft hasil
olunub.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2022-ci
ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə)
hasilatı 693,1 min barrel olub. Bunun 579,1 min barrelini xam neft,
114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında
qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft
hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq
682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min
barrel həcmində olması nəzərdə tutulurdu.

Teqlər: