Aprel-may aylarında həftəsonu ictimai nəqliyyat işləməyəcək

Aprel-may aylarında həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:


  • 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
  • 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
  • 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
  • 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
  • 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
  • 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
  • 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
  • 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
  • 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, son günlər yoluxma sayında artım müşahidə olunur. 18 mart tarixində isə üç nəfərdə Britaniya ştammı aşkar edilib.

Teqlər: