2016-cı ildə mənə ard-arda zənglər edilirdi: ABŞ-ın Dövlət katibi, Fransa, Rusiya xarici işlər nazirləri, Aprel döyüşlərinin ilk günlərində Ağ Evin müşaviri.
AzerTimes xəbər verir ki, bunu keçmiş XİN rəhbəri Elmar Məmmədyarov İTV-yə müsahibəsində qeyd edib.
“Tez-tez mənə zənglər edir və çox qəribə ideyalarla çıxış edirdilər. Deyirdilər: “Siz orada haranı isə götürmüsünüz, indi ordunu geri, başlanğıc mövqeyinə qaytarmaq lazımdır”. Mən isə onlara belə cavab verirdim: “Siz nə danışırsınız? Biz öz ərazimizdəyik. Biz Təhlükəsizlik Şurasında sizin yekdilliklə qəbul etdiyiniz müvafiq qətnamələrə uyğun hərəkət edirik. İndi siz deyirsiniz ki, yenidən başlanğıc mövqeyinə qayıtmalıyıq? Bu, mümkün olan bir iş deyil”. Yəni, bu cür gərginliklər var idi”, – deyə keçmiş nazir qeyd edib.