Aprel ayında Ukrayna ordusu qarşıya qoyulan tapşırığı uğurla həll etdi, rus ordusu isə uğursuzluğa məruz qaldı.
AzerTimes xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Qirkin deyib.
“Rus qoşunları Baxmutda bir ayda işgəncə gördü və düşmən də şəhərin qərb hissəsində müdafiəyə davam edir. Bu istiqamətdə əsas zərbə gücü olan “Vaqner” məhv edildi. “Baxmut qəssabxanası” hər iki tərəf üçün davam edir. Lakin düşmən tapşırığını yerinə yetirdi, bizimkilər isə yox”, – Qirkin bildirib.