Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan və ona yaxın olan şəxslər hökumətə 200 milyon dram (təxminən 500 min dollar – red.) ödəyəcəklər.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, 2020-ci il oktyabrın 8-də A.Mirzəbekyan dövlət əmlakını mənimsəmədə ittiham edilib və barəsində istintaq başladılıb. 2024-cü ilin 30 avqust tarixində isə onunla razılaşma imzalanıb. Buna əsasən Mirzəbekyan və ona yaxın şəxslər hökumət büdcəsinə 200 milyon dram ödəyəcəklər. Həmçinin onların 5 daşınmaz əmlakı, 1 avtomobili, 12 bank depoziti və istiqrazlarını təhvil verəcəyi açıqlanıb.

Qeyd edək ki, A.Mirzəbekyan 2016-cı ildə “Dördgünlük müharibə” adlanan hərbi toqquşmadan sonra – 26 aprel tarixində müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onun məhz bu döyüşlərdəki uğursuzluq səbəbindən qovulduğu bildirilib.

Teqlər: