Aprel döyüşlərində mülki obyektlərə vurulan ziyan…

Aprel döyüşlərində mülki obyektlərə vurulan ziyan…

2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejimi pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar 6 nəfər mülki şəxs qəsdən öldürülüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyektlərə 3 680 336 manat məbləğində maddi ziyan vurulub.

AzerTimes xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində düşmən hərbi birləşmələri tərəfindən 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejiminin pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar törədilmiş çoxsaylı cinayət faktlarına dair 35 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

2016-cı ilin aprel ayında erməni təcavüzü nəticəsində 90 hərbi qulluqçu öldürülüb, 333 hərbi qulluqçunun öldürülməsinə cəhd edilib”.

Teqlər: