“Apple”ın rəhbəri kriptovalyuta ilə bağlı fikirlərini açıqlayıb

“Apple” şirkətinin rəhbəri Tim Kuk kriptovalyutaya sahib olduğunu etiraf edib, lakin bu cür vəsaitlərlə yalnız “şəxsi nöqteyi-nəzərdən” maraqlanır.

AzerTimes-ın məlumatına görə, bu barədə CNBC telekanalı xəbər verib.

T.Kuk bildirib ki, bir müddətdir kriptovalyutalarla maraqlanıb və bu mövzunu hərtərəfli araşdırıb. O, şirkətin kriptovalyutanı öz məhsul və xidmətləri üçün mümkün ödəniş variantı kimi inteqrasiya etməyi planlaşdırdığına dair fikirləri rədd etdi.

Şirkət rəhbəri, həmçinin “Apple”ın sərmayə kimi korporativ vəsaitlərlə kriptovalyuta alması ehtimalını da istisna edib.