Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın “Apple” və “Tesla” şirkətlərinin bəzi tədarükçüləri Çində istehsalatı dayandırıb.
Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verir.
Qeyd olunur ki, həmin şirkətlər üçün qurğular istehsal edən “Unimicron Technology” şirkəti sentyabrın 26-30-dək istehsal prosesini dayandırıb.
Bundan başqa, “Concraft Holding” və “Eson Precision” şirkətlərinin bu həftənin sonunadək istehsal prosesi dayandırılıb.
Məlumatlara əsasən, istehsalatın dayandırılması Çin hökumətinin elektrik enerjisi istehlakının azaldılması tələbi ilə bağlıdır.