Apple və Meta səhvən istifadəçi məlumatlarını hakerlərə ötürüb

Amerikanın “Apple” və “Meta” şirkətləri özlərini hüquq-mühafizə
orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə istifadəçilər
haqqında məlumatları təqdim ediblər.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə
istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxta təcili sorğulara cavab olaraq şirkətlər
hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında ünvan, telefon
nömrəsi və IP ünvanı kimi məlumatları ötürüblər.

Agentlik qeyd edir ki, adətən bu cür sorğular müvafiq məhkəmə
qərarı və ya digər sənədlər olduqda qanuni qüvvəyə malikdir, lakin
təcili sorğular üçün məhkəmə qərarı tələb olunmur.

Qeyri-qanuni əldə edilmiş məlumatlar hakerlər tərəfindən maliyyə
fırıldaqçılıq sxemlərini asanlaşdırmaq və digər məqsədlər üçün
istifadə edilmişdir.

Teqlər: