Apple’dan aero-mobil istehsalı

Apple’dan aero-mobil istehsalı

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti “Apple INC” şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib.

Bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib.

Saytda aprelin 14-nə artıq bu icazəni almış şirkətlərin siyahısı qeyd olunub. İcazəni almış şirkətlər arasında Apple-dan başqa Mercedes-Benz, Volkswagen Group of America, Google, Tesla Motors, Ford, BMW, Nissan, Honda və digər şirkətlər var.