ABŞ-ın “Apple” şirkətinin 2021-ci ilin üçüncü rübündə gəliri keçən illə müqayisədə 29 faiz artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Məlumata əsasən, sentyabrın 25-si başa çatan üç aylıq dövr ərzində “Apple”ın gəliri 83,4 milyard dollar təşkil edib, ötən ilin anoloji dövründə isə bu rəqəm 64,7 milyard dollara bərabər olub.
Qeyd edilir ki, şirkətin sözügedən dövr üzrə xalis mənfəəti 20,5 milyard dollar, ötən ilin eyni dövrü isə 12,6 milyard dollar təşkil edib.
Sentyabrın 25-də başa çatan maliyyə ilinin nəticələrinə görə, “Apple”ın gəliri 365,8 milyard dollar təşkil edib. Ötən il bu rəqəm 274,5 milyard dollar idi. İlin yekunları üzrə şirkətin xalis mənfəəti 94,5 milyard dollar təşkil edib, ötən il isə şirkət cəmi 57,4 milyard dollar xalis mənfəət əldə edib.