“Apple” şirkətinin gəliri ötən rübdə illik müqayisədə 9%
artıb.
Trend xəbər
verir ki, bu barədə şirkətin dərc etdiyi hesabatda əks olunub.
Martın 26-da başa çatan üç aylıq hesabat dövründə “Apple” 97,278
milyard dollar gəlir əldə edib.
Ötən rübdə xalis mənfəət 25,01 milyard dollar təşkil edib.
Şirkətin maliyyə göstəriciləri ekspertlərin gözləntilərini
üstələyib. “iPhone” smartfonları “Apple”-in əsasə gəli mənbəyi
olaraq qalır.