“Apple” şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib

Apple şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Yeni kompüterin fərqli xüsusiyyəti onun “çatıq qaş” ekranıdır. Ekranda kamera və digər sensorlar var. Liquid Retina XDR ekran matrisası Mini-LED texnologiyasına əsaslanır və məlumatı ekranda 120 hertzdə göstərən Pro Motion funksiyasını dəstəkləyir.

MacBook Pro iki çeşiddə-14 və 16 düymlük ekranlarda mövcuddur.