ABŞ-ın “Apple” şirkəti tarixdə kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Nyu-York fond birjası xəbər verib.
Bazar ertəsi ticarətində şirkətin səhmlərinin dəyəri saat 13:30-dan sonra (22:30 GMT+4) təxminən 3 faiz artaraq 182,85 dolları keçdi. Bunun nəticəsində şirkətin kapitallaşması 3 trilyon dolları ötüb.
Lakin sonradan səhm qiyməti bir qədər azalıb – 182,52-yə qədər, nəticədə kapitallaşma 3 trilyon dollardan aşağı düşüb.